Xəzər Xəbər

İrandan gələn maşınları polis müşayiət edir VİDEO

Veb TV | 19:57 • 6 Mart 2020
İrandan gələn maşınları polis müşayiət edir

İrandan gələrək Azərbaycandan tranzit keçən yük avtomobillərinə nəzarət gücləndirilib. Həmin sürücüləri yol polis əməkdaşları müşaiyət edərək digər sərhəd keçid məntəqələrinə qədər aparır. Məqsəd koronavirusa yoluxma riskinin qarşısını almaqdır.

Azərbaycan ərazisindən tranzit keçən yük avtomobillərinə nəzarət gücləndirilib.

Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra həmin ölkələrdən, o cümlədən İrandan Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilib. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. İstirahət yerlərində sürücülər Daxili İşlər Nazirliyinin hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olmasına və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Xəbər lenti

Çox oxunanlar