Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuzdövriyyədənçıxarılıb. Dövlət Gömrük Komitəsinin əməkdaşları isə İrandan Azərbaycana gətrilən düyü torbasında narkotik maddə aşkar edib.
Narkotik vasitəsinihəyətdə peyininarasında gizlədib.
Cəlilabadpolisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində özünü şübhəli aparan, əvvəllər eyni maddə ilə məhkum edilmiş Teymur Hüseynov saxlanaraq şöbəyə gətirilib. Onun üzərinə baxışkeçirərkən cibindən 127 qram herain aşkar edilib. Əməliyyat tədbirinin davamı olaraq TeymurHüseynovun yaşadığı evdə axtarış aparılıb. Bu zaman7 kq-dan artıq narkotik vasitə aşkarlanıb.
İrandan azərbaycana gətrilən düyü torbasında da narkotik maddə aşkar edilib. Gömrük komitəsinin əməkdaşlarına irandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitənin ''biləsuvar gömrük postu'' avtomobil yolundakı balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və ''ataxan'' adlı şəxs tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib. azərbaycan vətəndaşı abbasov ataxan habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. o,burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanıb. həmin torbaya baxış zamanı torbadakı düyünün arasında çəkisi 3 kiloqram 543 qram olan heroin aşkar edilib. hər iki faktla bağlı araşdırma aparılır.