Xəzər Xəbər

Hindistanda bəbirdən xilas olmağa çalışan qadını cərəyan vurub – VİDEO

Veb TV | 17:42 • 6 Mart 2020
Hindistanda bəbirdən xilas olmağa çalışan

Hindistanın Uttarahand ştatında iki qadın quru ot yığmaq üçün meşəyə gedib.

"Dehli Times” xəbər verir ki, bu zaman qadınlardan biri onlara tərəf bəbirin yaxınlaşdığını görüb.

Yırtıcı heyvandan xilas olmaq üçün qadınlar yaxınlıqdakı ağaca çıxıblar.

Lakin onlardan biri ağacın yanından keçən cərəyan naqillərinə dolaşıb.

Nəticədə, qadını cərəyan vurub.

Polis əməkdşları tərəfindən xilas edilən qadın xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, hadisədən sonra qadın sağ qalıb.

oxu.az

Xəbər lenti