Hindistanın Madhya-Pradeş ştatından olan stomatoloq pasiyentinin 39 mm uzunluğundakı dişini çəkib. Bu barədə "Newsflare” xəbər yayıb.
Həkimin sözlərinə görə, ona müraciət edən kişi üzünə pis görünüş verən və müəyyən problem yaradan dişindən şikayət edib. Çəkiləndən sonra məlum olub ki, problemli dişin uzunluğu normadan təqribən iki dəfə çoxdur.
İnsan dişinin uzunluğu orta hesabla 20 mm olur.
Qeyd edək ki, bundan əvvəl çəkilən ən uzun diş 37,2 mm olub və "Ginnesin Rekordlar Kitabı”na düşüb.