ABŞ akrobatı Nik Vallenda kəndirlə Nikaraquada aktiv vulkan kraterinin üstündən keçib.
Bu zaman vulkan isti lava ilə yuxarı qalxıb.
"Zvezda”nın xəbərinə görə, çıxılmaz vəziyyətdə qalangimnast huşunu itirməmək üçün qoruyucu maska taxmalı olub.
600 metr yüksəklikdə olan 500 metrlik təhlükəli gəzinti təxminən yarım saat çəkib.
Akrobat çətinliklə finiş xəttinəçatıb. N.Vallenda istidən və qorxudan tərlədiyini deyib.
Göstərdiyi fənd akrobatın həyatında ən təhlükəlisi olub.
oxu.az