Xəzər Xəbər

Mikrofonun açıq olduğunu unutdu: Ərdoğan Lavrova... VİDEO

Veb TV | 15:28 • 6 Mart 2020
Mikrofonun açıq olduğunu unutdu: Ərdoğan Lavrova...

Ötən gün Moskvada Türkiyə lideri Ərdoğanla Rusiya Prezidenti Putinin təkbətək görüşündən sonra yaşanan bir məqam diqqətləri çəkib.

Ərdoğan Rusiya XİN başçısı Lavrovla görüşərkən, bəzi məqamları dəqiqləşdirmək istəyib. Buna görə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu çağıraraq, ondan sözlərini Lavrova tərcümə etməsini xahiş edib.

Ərdoğan Lavrovdan "Bu anda Əsədlə danışıldı, elədirmi?" deyə soruşub. Çavuşoğlu bu sözləri Lavrova tərcümə edib. Ərdoğanın bununla atəşkəs razılaşmasına Əsədin riayət edəcəyini yəqinləşdirmək istədiyi təxmin edilir.

Lavrovun cavabı mikrafonlara düşmədiyindən, nə dediyi bəlli deyil.

axar.az


Xəbər lenti

Çox oxunanlar