Xəzər Xəbər

İspaniya kubokunda finalçılar müəyyənləşdi VİDEO

Veb TV | 15:03 • 6 Mart 2020
İspaniya kubokunda finalçılar müəyyənləşdi

İspaniya kubokunda finalçılar müəyyənləşib.

İkinci yarımfinal görüşündə "Qranada” "Atletik”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Məğlubiyyətə baxmayaraq, səfər qoluna görə Bilbao klubu finala adlayıb.

Həlledici qarşılaşmada "Real Sosyedad” və "Atletik” qarşılaşacaq. Oyun aprelin 18-i keçiriləcək.

"Qranada" - "Atletik" - 2:1

Qollar: Karlos Fernandes, 48, Qerman Sançes Barahona, 76 - Yuri Berçiçe, 81


Xəbər lenti