Xəzər Xəbər

NASA Marsın bu günə qədər çəkilmiş ən panoramik görüntüsünü yaydı - VİDEO

Veb TV | 14:54 • 6 Mart 2020
NASA Marsın bu günə qədər çəkilmiş

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Marsın yeni görüntülərini yayımlayıb.

"Curiosity” kosmik kəşfiyyat gəmisi "Qırmızı planet”də indiyədək ən detallı panoramik görüntünü çəkib.

Görüntü gəminin 24 noyabr-1 dekabr 2019-cu ildə çəkdiyi mindən çox görüntünün birləşdirilməsi nəticəsində əldə olunub və orada Marsın Şarp dağının Qlen Torridon bölgəsi yer alıb.

Qeyd edək ki, "Curiosity” 2012-ci ildə Marsın Qale kraterinə eniş edib.

publika.az

Xəbər lenti

Çox oxunanlar