Xəzər Xəbər

Vüsal Hüseynov: Azərbaycanda 539 Çin vətəndaşı var VİDEO

Veb TV | 21:46 • 5 Mart 2020
Vüsal Hüseynov: Azərbaycanda 539 Çin vətəndaşı var

2019-2020-ci illərdə ölkəyə səfər edən əcnəbilərin sayı artıb...

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında deyib. Qeyd edib ki, bu ilin 2 ayı ərzində ölkəyə gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 0,4 faiz, müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı isə 29 faiz artıb. Daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə isə 16 faiz artım qeydə alınıb. Vüsal Hüseynov ölkədə olan Çin vətəndaşlarının sayını da açıqlayıb. Bildirib ki, hazırda ölkədə 539 nəfər Çin vətəndaşı var. Onlardan 69 nəfəri fevralın 1-dən sonra Azərbaycana gəlib.

Vüsal Hüseynov qeyd edib ki, suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı isə heç bir müraciət olmayıb. Xidmət rəisi bu il iş icazələri ilə bağlı ayrılan kvotadan da danışıb. Vurğulayıb ki, bu ilki say ötən ilkindən azdır.

Vüsal Hüseynov deyib ki, hazırda Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanma Mərkəzində olanlar da var. Onlar əsasən qalmağa yeri olmayan və öz müraciətləri əsasında oraya yerləşdirilən əcnəbilərdir. Gələn ayın əvvəlində həmin mərkəzdə "Açıq Qapı" gününün keçirilməsi nəzərdə tutulub.

 

 

Xəbər lenti

Çox oxunanlar