İrandan Azərbaycana gələn daha üç nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da Azərbaycanda koronavirusa görə müalicə alanların sayı 6-ya çatıb. Həmin şəxslərdən biri Almaniya, digər iki nəfər isəAzərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərərgah məlumat yayıb.Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın qum şəhərində təhsil alan azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər. Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.Bununla da koronovirusa görə müalicə alanların sayı 6 nəfərə çatıb.
Təbibin şöbə müdiri Yaqut Qarayeva isə Ümumdünya səhiyyə təşkilatının koronavirusa yoluxdurma ehtimalı yaratdığına görə pulla deyil, nağdsız şəkildə ödəniş edilməsitövsiyəsinə də münasibət bildirib.O deyib ki, təşkilatın nağdsız ödənişlərə bağlı açıqlaması Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri sırasına daxil edilməyib.O qeyd edib ki,koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və əşyaların üzərindəki canlılığını itirir. Bu arada TƏBİB valideynləri məktəblərin bağlı olduğu bu günlərdə uşaqları xüsusilə qapalı məkanlara əyləncə yerlərinə aparmamağa çağırıb.
Təbibin şöbə müdiri bildirib ki,Çinin epidemioloq, infeksionistlərindən ibarət ekspert qrupu ilə tele konfrans vasitəsilə fikir mübadiləsi aparılıb.Xarici ölkələrdən isə ekspertlər dəvət olunub
Qeyd edək ki, Regionlarda və Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq.Bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq.Karantindəolan şəxslər isə Astara Cəlilabadvə Qobustandakı xəstəxanalarda saxlanılır..