Xəzər Xəbər

Külli miqdarda narkotik maddəni paytaxta satmağa gələn şəxslər tutulub VİDEO

Veb TV | 20:26 • 5 Mart 2020
Külli miqdarda narkotik maddəni paytaxta satmağa gələn şəxslər tutulub

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər tutulub. Nərimanov rayon polis idarəsinin əməkdaşları ''Dərnəgül- bazarı'' kimi tanınan ərazidən bu işlə məşğul olan iki nəfəri tutub. Onlardan 1 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkar edilib. Polis bundan başqa üzərində narkotik maddə gəzdirən şəxsi də saxlayıb

Külli miqdarda narkotik maddəni paytaxta satmağa gələn şəxslər tutulub.

Bir nəfərin narkotik maddə satmaq istəməsi barədə Nərimanov Rayon Polis İdarəsinə məlumat daxil olub. Əməliyyatçılar gecə saatlarında Ziya Bünyadov prospektində ''Dərnəgül-Bazarı'' kimi tanınan yerdə Salyan sakini 37 yaşlı Elvin Məmmədovu şübhəli kimi saxlayıblar. Onun əlindəki sellofan torbaya baxış keçirilərkən ondan 1 kiloqrama yaxın heroin, 800 ədəd psixotrop tərkibli həblər və yarım kiloqramdan çox qurudulmuş marixuana aşkar edilib. Dindirmə zamanı Elvin Məmmədov bildirib ki, narkotik maddələri tanımadığı İran vətəndaşı ona göndərib.

Elvin Məmmədov deyir ki, ona həmin zəhərli maddənin satışından 1500 manat pul çatacaqdı. Nərimanov polisi keçirilən əməliyyat-axtarış tədbirləri ilə bu işdə əli olan əvvəllər Rusiyada məhkum edilmiş Yevlax sakini 38 yaşlı Rafiq İsayevi də saxlayıb. Həmin vaxt ondan da satış üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından artıq heroin aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri zamanı polis daha bir Yevlax sakini Bəhruz Eyvazovu da saxlayıb. Daxil olan məlumat əsasında polis onu ''Dərnəgül-Bazarı'' kimi tanınan yerdə tutub. Saxlanılan Bəhruz Eyvazovun sözlərinə görə, heroini işlədiyi 8-ci kilometr bazarında yerdən tapıb.

Hər üçün saxlanılan şəxslə bağlı cinayət işi başlanıb, narkotik maddələrin mənbəyi araşdırılır.

Xəbər lenti

Çox oxunanlar