Bakıda kişi birlikdə yaşadığı qadını öldürüb. O, qadınla əvvəlcə mübahisə edib daha sonra boğazını kəsərək amansızlıqla qətlə yetirib. Hadisədən sonra polisə gedərək törətdiyi cinayəti etiraf edib.
57 yaşlı kişi özündən 22 yaş kiçik sevdiyi qadını öldürüb.
Ağır cinayət gecə Bakıda Nizami rayonu Bəkir Çobanzadə küçəsi 53 ünvanında baş verib. 57 yaşlı Belarus vətəndaşı Sahib Babayev birgə yaşadığı 35 yaşlı Rusiya vətəndaşı Elnarə Ağarzayeva ilə mübahisə edib.
Qadının öldüyünü görən Sahib Babayev ərazi üzrə 24-cü Polis Şöbəsinə gedərək törətdiyi əməli etiraf edib. Bu barədə polis dərhal hadisə yerinə gəlib və rayon prokurorluğuna da məlumat verilib.İstintaq qrupu meyti müayinə etmək üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparıb. Ekspertlər qadının boğazının kəsilərək öldürüldüyünü təsdiq ediblər.
Qadını öldürməkdə şübhəli bilinərək saxlanan Sahib Babayev ilkin ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Qonşuların sözlərinə görə, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatı araşdırılır.