Xəzər Xəbər

DƏHŞƏTLİ HADİSƏ: Anasını döyən oğulu ata balta ilə öldürdü - VİDEO

Veb TV | 17:45 • 5 Mart 2020
DƏHŞƏTLİ HADİSƏ:

Türkiyənin Amasya vilayətində ata oğlunu baltalayaraq öldürüb.

"Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 61 yaşlı Asım Sucu oğlu 30 yaşlı Əhməd Sucunu öldürdüyünü etiraf edib.

Məlum olub ki, Ə.Sucu atasını və anasını döyürmüş. Buna görə, atası onu balta ilə öldürüb.

O, əvvəlcə oğlunun meyitini yaşadıqları evin həyətində, üç il sonra isə kənd qəbiristanlığında basdırıb.

Bundan sonra valideynlər polisə gedərək oğullarının itkin düşdüyünü deyiblər.

Polis araşdırmalara başlasa da, Ə.Sucunu tapa bilməyiblər.

A.Sucunun qətli etiraf etməsindən sonra o, arvadı Ş.S ilə polis nəzarətinə götürülüb.

Ə.Sucunun qəbirdən çıxarılan nəşi ekspertizaya göndərilib.

A.Sucu həbs edilib, arvadı isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb./oxu.az

Xəbər lenti

Çox oxunanlar