Fransada sürət qatarı relsdən çıxıb.
Strasburqdan Parisə gedən qatarda baş verən hadisə zamanı 21 nəfər yaralanıb.
Milli Dəmir Yolları (SNCF) şirkətinə məxsus qatarda 348 sərnişin olub. Onların təxliyəsi aparılır.
Şirkətdən verilən açıqlamada qatarın maşinistinin helikopterlə xəstəxanaya aparıldığı bildirilib./publika.az