Xəzər Xəbər

“Qalatasaray”ın əfsanəvi futbolçusu ABŞ-da taksi sürür, kitab satır VİDEO

Veb TV | 14:17 • 14 Yanvar 2020
“Qalatasaray”ın əfsanəvi futbolçusu ABŞ-da taksi sürür, kitab satır

Türkiyə Milli Komandası və "Qalatasaray”ın əfsanəvi hücumçusu Hakan Şükür haqqında yeni məlumatlar ortaya çıxıb.

XəzərXəbər xəbər verir ki,futbolçu ABŞ-da taksi sürür və kitab satışı ilə məşğul olur.

Şükür hazırkı fəaliyyəti haqqında danışarkən bildirib ki, "Uber” taksi şirkətində çalışır: "Əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi "Uber”də sürücü olmaqla yanaşı, kitab da satıram”.

Qeyd edək ki, Hakan Şükür Fətullahçı Terror Təşkilatına maliyyə dəstəyi olmaqda ittiham edilir. Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu futbolçu barəsində "silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7,5 ildən 15 ilədək həbs tələb edir.

H. Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub.


Xəbər lenti