Olimpiadada şagirdlərə təqdim edilən suallar onların bilik səviyyəsinə uyğun deyil.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Respublikada tarix fənni üzrə keçirilən fənn olimpiadasından gedir.
Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbin tarix müəllimi Namiq Muradov iddia edir ki, olimpiadadakı suallar şagirdlərin siniflər üzrə bilik səviyyəsinə uyğun tərtib edilməyib.Yəni 11-ci sinifdə keçirilən mövzulara dair suallar cavablandırılması üçün 10-cu sinif şagirdlərinə verilib.
Namiq Muradovun sözlərinə görə, 2017-ci və 2019-cu illərdə çap edilən tarix kitablarında olan fərqliliklər də şagirdlər arasında çaşqınlıq yaradıb.
Məsəl ilə bağlı Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev deyib ki, burada hər hansı bir səhv və ya çaşqınlıq yoxdur. Şöbə müdirinin sözlərinə görə, olimpiadadakı mövzularla bağlı keçən ilin senytabr ayından bütün məktəblərə məlumatlar göndərilib.
Fuad Qarayev əlavə edib ki, qalib şagirdlər Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etmədən universitetə qəbul olunurlar. Buna görə də uşaqlara bilik və bacarıqlarını tam nümayiş etdirmələri üçün fərqli suallar verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: