Xəzər Xəbər

Tikinti layihələrinin yoxlanılması üçün tələb edilən rüsub məlum olub - VİDEO

Veb TV | 20:53 • 13 Yanvar 2020
Tikinti layihələrinin yoxlanılması üçün tələb edilən rüsub məlum olub -

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması üçün tələb edilən məbləğlər məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 3 gün əvvəl verdiyi qərara əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması üçün tələb edilən məbləğlər təsdiqlənib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun sözlərinə görə, maksimum ödəniş fərdi evlərdə 15 min, çoxmənzilli binalarda isə 450 min manatı keçməməlidir.

Təsdiq üçün təqdim edilmiş şəhərsalma əsaslandırılması sənədlərinin yoxlanılması zamanı tikinti ərazisinin ölçüləri 1000 kvadratmetrədək olduqda 1 ədəd layihə üçün 3 min manat, bu ölçülər 1000 kvadratmetrdən çox olduqda isə əlavə hər kvadratmetr üçün 2 manat ödənilir. Sadalanan xidmət haqlarının ödənişi zamanı güzəşt edilən obyektlər də var.

Bu məbləğlər Bakının mərkəzi və mərkəzə yaxın əraziləri üçündür. Daha kənar ərazilərdə, o cümlədən bölgələrdə məbləğlər azalan əmsallara vurulacaq. Nəticədə xidmət haqları daha aşağı olacaq. Tikintisi üçün icazə tələb edilən, lakin ekspertizaya ehtiyacı olmayan obyektlər üçün isə xidmət haqqı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar