Şəmkirin Sabirkənd kənd sakini Səyyar Musayev Bakıya - Şəhidlər xiyabanına qədər olan məsafəni piyada qət etmək niyyətindədir.
Bu gün günorta saatlarında Gəncədən keçən Səyyar Musayev "Xəzər Xəbər" kameralarına tuş gəlib.
Xezerxeber.az-ın məlumatına görə, Səyyar Musayev bir neçə ildir ki, planlaşdırdığı bu addımı, nəhayət indi - 20 yanvar hadisələrinin 30-cu ildönümünündə atmaq qərarına gəlib. Piyada getməkdə məqsədi isə Şəhidlər xiyabanının müqəddəsliyinə diqqət çəkməkdir.
Səyyar Musayev gecələr yol kənarlarında münasib bir yer tapıb orada qalacağını bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: