Xəzər Xəbər

Milli Məclisə seçkilə əlaqədar 2 minə yaxın müşahidəçi qeydiyyatdan keçib - VİDEO

Veb TV | 18:28 • 13 Yanvar 2020
Milli Məclisə seçkilə əlaqədar 2 minə yaxın müşahidəçi qeydiyyatdan keçib -

Fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə etmək üçün bir çox nüfuzlu beynəlxalq təşkilatların müraciəti təsdiqlənib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komisyasının sədri Məzahir Pənahov açıqlayıb.

Onun sözlərinə görə, yerli müşahidəçilər ilə yanaşı, bir sıra ölkələrin parlament nümayəndləri və beynəlxalq təşkilatlar da seçki prosesini izləyəcək.

Sədr, namizədlərə təbliğat-təşviqat işlərini aparmaq üçün bütün dairələr üzrə kifayət qədər həm qapalı, həm də açıq məkanların ayrıldığını bildirib. O, sosial şəbəklərdən istifadə baxımından heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib.

Qeyd edəkki, bu gün Mərkəzi Seçki Komisyasının "Seçki-2020" Müstəqil Media Mərkəzinin açılışı olub. Burada yerli və xarici media nümayəndələri daha rahat formada məlumat əldə edə bilər, eyni zamanda namizədlər brifinq və mətbuıat konfransları keçirə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar