Xəzər Xəbər

Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu VİDEO

Veb TV | 15:44 • 13 Yanvar 2020
Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu

İranın "səhvən” vurduğu təyyarədə ölənlər arasında olan yeni evli cütlüklərin hekayəsi hamını kədərləndirib.

"Haber Global”ın verdiyi xəbərə görə, təyyarədə həlak olmuş cütlüklərdən biri Sara Mamani və Savaş Qafur-Azər Kanadanın Montreal şəhərində "Concordia Universiteti”ndə tanış olublar.

Onlar həmin universitetin mühəndislik fakültəsini bitirib, eyni ixtisas üzrə işləyiblər. Bir müddət bərabər yaşayan cütlük Montrealda ev də alıblar.

Daha sonra ailələrinin tanış olması üçün İrana gələrək orada toy edənSara Mamani və Savaş Qafur-Azərin bir həftə sonra eyni şadlıq evində yas mərasimi keçirilib.

Qəzada həyatlarını itirən daha bir cütlük, Araş Pourzarabi və Punə Gorji də Kanadadan İrana evlənməyə gəliblər. Onlar Tehranda kompüter mühəndisliyi üzrə aldıqları təhsili davam etdirmək üçün 2017-ci ildə Kanadaya gediblər.

İranda toy mərasimlərindən sonra Kanadaya qayıdan cütlük dəhşətli qəzanın qurbanı olublar.

Qeyd edək ki, qəzada82 İran, 63 Kanada, 11 Ukrayna, onİsveç, dördƏfqanıstan, üçAlmaniya vəüçBöyük Britaniya vətəndaşı həlak olub./oxu.az

Xəbər lenti