BƏƏ-nin vəliəhd şahzadəsi Muhəmməd Bin Zaid Omanın yeni sultanı Heysəm bin Tarık bin Teymur əl-Səidibaşsağlığı vermək üçün ziyarət edib. Omanın yeni sultanı Əl-Said sələfi Sultan Kabus bin Səidin xarici siyasətdəki xətti ilə yoluna davam edəcəyini bildirib.
Lakin tədbirdə ən maraqlı məqam onların sağollaşması zamanı olub. Belə ki, Omanın yeni Sultanı Əl-Said BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaidin əlini sıxmağı əvvəl rədd edib, ancaq israr edildikdən sonra əlini uzadıb.
Bu kadrlar medianı ikiyə ayırıb: bəziləri bunun siyasi gərginliyə işarə olduğunu bildirir, digərləri ənənə ilə bağlayırlar.
Belə ki, ərəb mədəniyyətində qonağın ötürüləcəyison ana qədər əli sıxılmaz. Qonaq da "zəhmət çəkmə” demək adına yolun yarısında əlini uzadar./oxu.az