Türkiyənin Van və Hakkari vilayətlərində güclü qarın yağması orta məktəblərdə dərslərin dayandırılmasına səbəb olub.
Türkiyə mətbuatı xəbər verir ki, güclü qar səbəbindən 6 yaşayış məntəqəsində məktəblər bağlanıb.
Van vilayətində qar 359 kəndə gediş-gəlişi çətinləşdirib.
Qeyd edək ki, yanvarın 9-da Karabük, Karaman və Konya vilayətlərində qar səbəbi ilə əlaqədar məktəblər bağlanmışdı./publika.az