ABŞ-ın "Fox news” televiziyası İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı yeni məlumatlar yayıb.
Hücumdan dərhal sonra ABŞ-ın xüsusi təyinatlı qüvvələri generalın olduğu avtomobilə yaxınlaşaraq, cəsədi nəqliyyat vasitəsindən çıxararaq söndürüblər.
Onlar öldürülən şəxsin Süleymani olduğundan əmin olmaq üçün cəsəddən nümunələr götürüblər. Cəsədin tanınmaz halda olduğu bildirilir. Həmin anlar isə lentə alınıb./publika.az