26 il öncə cəbhə bölgəsində xidmət etməyə başlayan taborun şəxsi heyəti indi də hər il görüşür və illər öncəki münasibəti olduğu kimi saxlayırlar. Keçmiş döyüşçülər aradan illər keçməsinə baxmayaraq bu gün də döyüşə hazır olduqlarını bildirirlər.
26 il öncə cəbhə xəttində də birlikdə idilər, indi də bir yerdədilər.
Söhbət 1994-cü ildən 1998-cı ilə qədər cəbhə bölgəsində hərbi xidmətdə olan və hələ də aralarındakı münasibəti qoruyub saxlayan taborun şəxsin heyətindən gedir.
Hərbi xidməti başa vurmalarından 22 il ötsə də cəbhədə çörəyi bir kəsən bu insanlar indi də o isti münasibəti itirməyiblər.
Hərbi xidməti başa vurmaqlarının 22-ci ilində görüşən keçmiş döyüşçülər bildirirlər ki, xidmət zamanı onların tabor komandiri olmuş Ələkbər Mahmudov elə indi də onlar üçün hörmət olunan bir şəxs kimi qalıb və hər il onun təşəbbüsü ilə görüşüb ötən xatirələri yada salırlar.
Bu batalyon həm də cəbhə xəttində müxtəlif bölgələrdə həyata keçirilən bir sıra əməliyyatlarda iştirak edərək bir sıra qəhrəmanlıqlar da göstəriblər.
Keçmiş döyüşçülərin hər görüşü isə şəhid olan yoldaşlarını anmaqla başlayır.
İllər öncə əsgər olan, bu gün isə artıq çoxları əsgər valideyni olan bu keçmiş döyüşçülər hər an hərbi əməliyyatlarda iştirak etməyə hazır olduqlarını bildirirlər.