Yeni il tətilinin sonunda bölgələrdən paytaxt Bakı istiqamətində sərnişin axını başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəran avtovağzalında son iki gün ərzində paytaxta üz tutanların sayında artım müşahidə olunur.
Rayon avtovağzalından bildirilib ki, sərnişin sıxlığına görə bu gün günorta saatlarına kimi 12 avtobus Lənkərandan Bakıya yola salınıb.
Biletlərini alan sərnişinlər Bakıya yola düşüblər. Qiymətdə isə artım olmayıb.
Zaqatala şəhərlərarası rayon avtovaqzalında da adi günlərlə müqayisədə canlanma müşahidə olunur. Normal günlərdə burada 9 avtobus olurdusa, bu gün daha iki avtobus xəttə buraxılıb. Sabah üçün isə əlavə 5 avtobusun xəttə buraxılması nəzərdə tutulub.
Zaqatala avtovağzalında sərnişinlərin ən çox sıxlığı Bakı marşrutu istiqamətində hərəkət edən avtobuslarda müşahidə edilir. Zaqatala- Bakı üzrə marşrut xəttinin gediş haqqı 10 manatdır.
Tətil günləri bölgələrdən paytaxt istiqamətində sərnişin artımı Tovuz avtovağzalında da müşahidə olunub. Rayon avtovağzalından verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq əvvəlcədən əlavə avtobuslar təyin edilib. Bundan əlavə, Gürcüstan və Sınıq Körpü sərhəd-keçid məntəqəsindən gələn avtobusların rayon avtovağzalına keçid etməsi də sərnişin sıxlığının azalmasına dəstək olub.
Bakıya üz tutanlar arasında daha çox tələbələr üstünlük təşkil etdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: