Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda ev heyvanları hərəkətdə olan avtomobillər üçün qəza şəraiti yaradır.
Xezerxeber.az-ın məlumatına görə, bu magistralda sürət həddi saatda 120 kilometrdir. Amma hər an sürücülərin qarşısına ev heyvanları çıxa bilər ki, bu da ağır qəzalara səbəb ola bilər.
Hazırda 202 km. hissəsi istismarda olan yolda təhlükəsilik çəpərlərinin çəkilməsinə baxmayaraq magistarala çıxan mal-qara sürücülər üçün böyük təhlükə yaradır. Əsasən də magistral yolun 150-202 km-lik hissəsində sürücülər əməlli-başlı təhlükə ilə üzləşirlər.
Sürücülər iddia edirlər ki, yola nəzarət zəif olduğu üçün sakinlər çəpərləri tez- tez kəsir.
Amma yola cavadeh qurum bu itihamlarla razılamır. 7 nömrəli Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Ələddin Sadıqov deyir ki, qurumun əməkdaşları tərəfindən hər gün mühafizə çəpərlərinə nəzarət olunur. Bunun üçün 65 nəfər çalışır, hər 3 km-ə 1 işçi düşür, amma buna baxmayaraq yenə də neqativ hallar baş verir.
Ələddin Sadıqov bildirir ki, əhalinin çox hissəsi həmin metal çəpəri səliqə ilə kəsir, heyvanlarını yolun ərazisinə buraxır. Sonra həmin yeri elə bağlayır ki, qurumun əməkdaşları heyvanları çıxarmaq istəyəndə kəsilmiş yeri tapa bilmir. Hava qaralan vaxt heyvanların sahibi gəlir, oradan heyvanları çıxardır. Sakinlərlə mütəmadi olaraq bununa bağlı söhbətlər aparılsa da, bu hal təkrarlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: