Bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 5 nəfərə hücum edib.
Nəticədə Qax sakinləri - 49 yaşlı Rəsul Mürsəlov, 56 yaşlı Eldar Əliyev,37 yaşlı Şaban Qəniyev, 18 yaşlı Aysun Əziməmmədli və 17 yaşlı Nihad Maqsudov xəsarət alıblar.
Xezerxeber.az-ın məlumatına görə, xəsarət alan sakinlərdən biri Rəsul Mürsəlovun sözlərinə görə, itin hücumu zamanı canını çətinliklə qurtara bilib. O, itə fiziki güc tətbiq etsə də, heyvanın dişlərindən xilas ola bilməyib.
Eyni itin dişlədiyi 5 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həmin gün rayonun Şotavar kəndində də 10 yaşlı Şükür Məcidovu sahibsiz it dişləyib.
Hadisə şahidlərinin sözlərinə görə, quduz olduğu ehtimal edilən it şəhər mərkəzindən başlayaraq, İmam Mustafayev küçəsi istiqamətində qarşısına çıxan insanlara hücum edib və daha sonra naməlum istiqamətə qaçıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: