Xəzər Xəbər

Növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırdı - VİDEO

Veb TV | 10:40 • 4 Yanvar 2020
Növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırdı -

Türkiyənin İstanbul şəhərində növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırıb.

Bu barərə "Haberglobal”-ın verdiyi xəbərdə bildirilir.

Hadisə Bakırköy ərazisində Dr. Sadi Konuk Eğitim və Araştırma xəstəxanasında baş verib. Burak Altunpak adlı həkim bir xəstəyə növbədə olanların çoxluğu səbəbindən günün ikinci yarısı müayinə oluna biləcəyini deyib.

Bunu qəbul etməyən xəstə həkimə başı ilə zərbə vurub.

Burnu sınan və başından zədə alan həkim müayinəyə götürülüb.

Ona hücüm edən şəxs isə xəstəxanadan uzaqlaşıb.

Polis həmin şəxsin axtarışına başlayıb.

Xəbər lenti

Çox oxunanlar