Xəzər Xəbər

Mənzil bazarında ucuzlaşma ola bilər - VİDEO

Veb TV | 19:24 • 3 Yanvar 2020
Mənzil bazarında ucuzlaşma ola bilər -

Qeydiyyatda olduğu evi satanlar üçün vergi yükünün azaldılması əmlak bazarında qiymətlərin düşməsinə səbəb ola bilər. Həmçinin mənzilində azı 3 il yaşayan və sonra onu satan fiziki şəxslərdən isə ümumiyyətlə vergi alınmaması da qiymətlərə təsirsiz ötüşməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Vergi Məcəlləsində edilən və qüvvəyə minən son dəyişikliklər əmlak bazarında canlanmaya səbəb olmaqla yanaşı, qiymətlərin ucuzlaşması üçün də iqtisadi əsaslar yaradır.

Rəşad Həsənov əlavə edir ki, 2020-ci ilin ortalarından paytaxtda tikintilərin sürətlənməsi gözlənilir.

Qeyd edək ki, Vergi Məcəlləsində edilən son dəyişikliklər bu ilin yanvar ayının 1-dən qüvvəyə minib. Dəyişikliyə görə fiziki şəxslər tərəfindən mənzilin satışı zamanı vergidən azad edilmək üçün tətbiq edilən qeydiyyat müddəti 5 ildən 3 ilə endirilib. Bundan əlavə, qeydiyyatın müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən mənzilin 30 kvadrat sahəsinin vergisindən azad ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar