''Yol Hərəkəti Təhlükəsizliyinə'' dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində təlim keçirilib.
Baş Dövlət Yol Polis İdarəsinin Yol-patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirib ki, Dövlət Proqramı çərçivəsində üç dövlət qurumu birgə yol-nəqliyyat hadisələri ilə bağlı tədbirlər planı hazırlayıb. Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar nazirlikləri yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı mühüm işlər görürülər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, üç dövlət qrumunun hadisədən sonra rabitəli işləməsi qəzaların ağırılıq dərəcəsinə təsir edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: