Yeni il ərəfəsində bölgələrə turist axını çoxalıb.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəran şəhərinə gələn turistlərin sayı ötən ilə nisbətən xeyli artıb.
Turistlərin son illlərdə Cənub bölgəsinə axınını artıran ən başlıca səbəblərdən biri də Ələt-Astara magistral yolunun müasir səviyyədə yenidən qurulmasıdır.
Lənkəranda otel və istirahət mərkəzlərində 31 dekabr və 1 yanvar tarixlərində insanlar çox olsa da, hazırda nisbətən azalıb. Ancaq bildirilir ki, tətil bitmədiyinə görə yenə də Cənub bölgəsinə üz tutanlar var. Qiymətlərdə isə dəyişiklik yoxdur.
Eyni zamanda qonaqların seçimində Cənub bölgəsinin zəngin milli mətbəxinin də payı var.
Yeni ilin ilk günlərindən sonra fərdi evlərdə qalanlar da nisbətən azalıb. İsmayıllı rayonunda kirayə verilən fərdi evlərin sayı 100-ə yaxındır. Rayon daxilində və kəndlərdə 36 istirahət evi var. Ev sahibləri bildirirlər ki, hazırda bölgədə qarın olmasına görə, onlara müraciət edənlər çoxalıb. Qiymətlər isə otaqların sayına görə dəyişir.
İsmayıllıya 2019-ci ildə gələn turistlərin sayı 110 000 nəfərə çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: