Dünən axşam saatlarından yağan qar və dumanlı hava şəraiti Muğanlı- İsmayıllı yolunda təsirli olub.
Xezerxeber.az-ın məlumatına görə, yolun dağlıq ərazilərdən keçən hissəsində və Muğanlı dolaylarında qar səbəbindən yolun buz bağlaması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Bir neçə surücü hətta yoldan geri qayıdıb.
Dəmirçi- Lahc yolunda isə qar səbəbindən avtomobillərin hərəkəti məhdudlaşıb. Bölgədə qarın qalınlığı təxminən 20 sm olub.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev "Xəzər Xəbər"ə bildirib ki, Lahıc yolunda qar çox olduğundan yolun dağlıq ərazilərdən keçən hissəsi daha təhlükəlidir.
Yolların təmizlənməsi üçün əraziyə texnikalar cəlb olunub.
Qeyd edək ki, gecə saatlarında yollar buz bağladığından sürücülər ehtiyatlı olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: