Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqlənib.
Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənən qayda əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin şöbə müdiri Elmin Quliyevin sözlərinə görə, qəbul olunmuş qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur. Bu qaydalar müxtəlif dərman vasitələrinə şamil ediləcək.
Bu qaydalar 2020-ci ilin iyulun 1-dən etibarən tətbiq ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: