Qış ayları olsa da, əkin sahələrində alaq otları indidən baş qaldırıb.
Xezerxeber.az-ın məlumatına görə, hava şəraitinin isti keçməsi payız əkininə öz təsirini göstərib. Hava şəraiti xüsusilə Aran bölgəsində dənli bitkilərin əkini zamanı öz təsirini göstərib.
Aqronomlar qeyd edir ki, hava şəraitinin isti keçməsi nə baxmayaraq vaxtında lazımi tədbir görülsə, istənilən məhsuldarlığı əldə etmək olar.
Sahələrdə əkilən ağacların əksəriyyəti vaxtından tez oyanır. Bağçılıqda yaranan bu cür problemlərə səbəb isə havaların isti keçməsidir. Bu il qış fəslinin mövsümə uyğun keçməməsi bağ sahiblərinin məhsul əldə etmək ümidini azaldıb.
Amma anomal havanın təsirinə baxmayaraq, ağacları düzgün aqrotexniki qulluq qaydaları ilə xilas etmək olar.
Ağacların dibi də yümşaldılmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: