Xəzər Xəbər

Azərbaycanın bölgələrinə səfər edən xarici turistlərin sayı artıb - VİDEO

Veb TV | 19:28 • 2 Yanvar 2020
Azərbaycanın bölgələrinə səfər edən xarici turistlərin sayı artıb -

Yeni il bayramı ilə əlaqədar Azərbaycanın bölgələrində xarici turistlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, son günlər Şimal-Qərb bölgəsində, o cümlədən Şəkidə turistlərin çoxluğu müşahidə olunur.

Yerli qonaqlarla yanaşı, Rusiya, Hindistan, Malayziya, Gürcüstandan gələn turistlər, ilk növbədə, Dünya Mədəni İrs Siyahısına daxil olan Şəki Xan Sarayını görmək istəyirlər. Gələn qonaqlar Şəkidə tarixi abidələrin çox olmasına, Azərbaycan mətbəxinin zənginliyinə diqqət çəkirlər.

Şəhərə turistlərin daha çox cəlb olunması üçün isə fəaliyyət planları hazırlanır.

Bayramla əlaqədar Naftalana üz tutan yerli və xarici turistlərin sayında da xeyli artım olub.Qonaqların istirahəti üçün tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər təşkil olunur.

Naftalana əsasən Orta Asiya ölkələrindən gələnlər üstünlük təşkil edir. Onlar həm kurort şəhərində müalicə alıb, həm də Yeni ili qeyd ediblər.

Turistlər bu bölgəyə yenidən istirahət üçün gələcəklərini bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar