Avstraliyanın populyarlığı ilə seçilən "The journal by intrepid travel” saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin Azərbaycana səyahətin 10 səbəbi barədə məqaləsini yayıb.
Xezerxeber.az-ın məlumatına görə, "Azərbaycanı və Bakını sizin siyahınıza salan 10 səbəb” adlı məqalədə K.Çarlik Yer kürəsində maraqlı yerlərin kifayət qədər olduğunu qeyd edir, lakin Bakının sizin "mütləq səyahət etməli” siyahınızda ən ön yerlərdən birini tutmasının zəruriliyini vurğulayır. Qeyd edir ki, Bakı Şərq ilə Qərbin qovuşuğunda yerləşən kiçik dövlətin paytaxtıdır. Qədim mədəniyyəti, atəşpərəstlik dinini, orta əsrlərə məxsus tarixi abidələri və islam ənənələrini yaşadan bu ölkə, həm də uzun illər dəmir pərdə arxasında qalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: