Bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 52 müraciət daxil olub.
Xezerxeber.az-ın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
MSK-nın bu gün keçirilən iclasında çıxış edən M.Pənahov qeyd edib ki, bu, bələdiyyələrin ümumi sayının 1%-ni əhatə edir.
Məzahir Pənahov deyib ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.
Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya, 15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.
M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
O, sosial şəbəkələrdə yayılan görüntülərin də ciddi araşdırıldığını söyləyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: