Xəzər Xəbər

Azərbaycanda könüllülük proqramlarının əhatə dairəsi genişlənir - VİDEO

Veb TV | 20:38 • 2 Yanvar 2020
Azərbaycanda könüllülük proqramlarının əhatə dairəsi genişlənir -

Azərbaycanda 2020-ci ilin "Könüllülər ili” elan edilməsi həm dövlət, həm də özəl sektorda gənclərə geniş meydan veriləcəyindən xəbər verir. Hazırda bir sıra dövlət qurumları tərəfindən yeni proqramlar da icra olunur. Ümumiyyətlə isə könüllülük proqramlarının genişləndirilməsi bacarıqlı gənclərin qabiliyyətlərinin üzə çıxarılması və gələcəkdə onlardan faydalanmaq imkanını daha da genişləndirir.

Millət vəkili Aydın Mirzəzadə "Xəzər Xəbər"ə deyib ki, könüllük demokratik dəyərlərə sahib olan ölkələrdə geniş istifadə edilən bir təcrübədir. Dövlət başçısının gələn ili "Könüllülər ili" elan etməsini şərh edən Aydın Mirzəzadə bu təcrübənin Azərbaycanda daha geniş istifadə edilməsinin vacibliyinə diqqət çəkib.

Millət vəkili bildirib ki, könüllülərlə bağlı hazırda bir sıra dövlət qurumları tərəfindən yeni proqramlar da icra olunur. Onun sözlərinə görə, könüllülük proqramlarının genişləndirilməsi bacarıqlı gənclərin qabiliyyətlərinin üzə çıxarılması və gələcəkdə onlardan faydalanmaq imkanını daha da genişləndirir.

Qeyd edək ki, dövlət başçısının 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edilib. Sərəncamda gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə edilməsi məqsədi öz əksini tapıb. Bu isə onu göstərir ki, bu il dövlət qurumları, eləcə də özəl sahədə gənc kadr potensialından daha geniş istifadə edilən bir il kimi yadda qalacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti