Xəzər Xəbər

Şadlıq evlərinin rəhbərləri vergidən yayına bilməyəcək - YENİ TƏLƏB - VİDEO

Veb TV | 17:39 • 2 Yanvar 2020
 Şadlıq evlərinin rəhbərləri vergidən yayına bilməyəcək  -

Şadlıq evlərinə POS-terminalların quraşdırılması tələbi qoyulub. Bu, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə öz əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakıda fəaliyyət göstərən əksər şadlıq evlərinin inzibatçıları belə bir tələbin olmasından məlumatsızdırlar. Amma bəziləri isə bildirdi ki, hazırda terminalların şadlıq evlərinə quraşdırılması istiqamətində iş gedir.

İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, bu dəyşiklik bütün şadlıq evlərinə şamil edilir. Tələblərə əməl etməyən, POS-terminal aparatı quraşdırmayan şəxslər maliyyə sanksiyaları ilə üzləşəcəklər.

Vüqar Bayramov bildirib ki, yeni tələb dövlət büdcəsinə vergi daxilolmalarını artırmaqla yanaşı, vergi yayınmalarının da qarşısını alacaq.

Qeyd edək ki, şadlıq evləri işlədən şəxslərin qarşısına qoyulan bu tələb yanvar ayının 1-dən etibarən qüvvəyə minib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti