Yeni il bayramından sonra hinduşka və qaz bazarında alıcı qıtlığı yaşanır.
Satıcıların sözlərinə görə, bayram ərəfəsində gün ərzində 20-25 hinduşka, 10-a yaxın qaz satırdılar. Ancaq iki gündür alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Buna baxmayaraq qiymətlər aşağı enməyib. Əksinə, hinduşkanın qiyməti 1-2 manat qalxıb.
Xezerxeber.az-ın məlumatına görə, qazın qiymətində isə dəyşiklik yoxdur. Adətən kəsilmiş halda satılan qazın 1 kq. ətinin qiyməti 10 manatdır.
Satıcılar deyirlər ki, alıcı az olsa da qiymətlərin enməsi gözlənilmir. Çünki bu quşları kəndlərdən baha qiymətə alırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: