Xəzər Xəbər

Pitbul dəhşəti: Uşağı xilas etdi, özü təhlükəyə düşdü - VİDEO

Veb TV | 17:27 • 24 Dekabr 2019
Pitbul dəhşəti:

Yolda balaca uşağa pitbulun hücum etdiyini görən gənconu itin əlindən zorla xilas edib. Hadisənin görüntüləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

Baş verənlər barədə "Daily Mail” xəbər yayımlayıb.

Bildirilir ki, hadisə Braziliyanın Rio de-Janeyro şəhərində baş verib. Kadrlardan görünür ki, heyvan balaca uşağınəllərini, ayaqlarını dişləyir. Bu an yaxınlıqdan keçən Patrik de-Seu cəld özünü onlara çatdıraraq uşağı xilas etməyə çalışır, onu birtəhər pitbulun caynaqlarından alaraq yaxınlıqda park edilən avtomobilin üzərinə qoyub. Lakin it ondan əl çəkməyib. Nəhayət, o da maşının üzərinə çıxmalı olur.

Patrikin sözlərinə görə uşaqla birlikdə yardım üçün yarım saat gözləməli olublar.

"Mən uşağı yerdə çapalayan görəndə qızım Lara yadıma düşdü. Qızım iki yaşındadır, ancaq boyları eyni olar. Uşağı itin əlindən almağa çalışarkən, onun boğazının heyvanın dişləri arasında olduğunu gördüm.

Hadisəni görəndəqeyri-iradi hərəkət etdim. Özümü qəhrəman hiss eləmirəm”, - deyə sonradan baş verənləri xatırlayan Patrik bildirib.

Hər iki zərərçəkən ciddi xəsarət alıb, yaralarına tikiş atılıb.

Uşağın dayəsi isə bildirib ki, heyvan gözlənilmədən qarşılarına çıxıb və skuter sürən gəncləri görəndən sonra aqressivləşib./oxu.az

Xəbər lenti