Xəzər Xəbər

Küçədə arvadını vuran kişini döydülər

Veb TV | 17:22 • 24 Dekabr 2019
Küçədə arvadını vuran kişini döydülər

Türkiyədə küçədə arvadının saçını yolub, vuran şəxsi yoldan keçən bir nəfər döyüb.

"CNNTürk”ün xəbərinə görə, İstanbulun Ürmaniyə hissəsində yarmarkada alış-veriş edən cütlük arasında mübahisə düşüb.

Daha sonra telefonla danışan ər ondan qabaqda gedən arvadının saçını dartıb və başına bir neçə dəfə yumruqla vurub.

Yoldan keçən bir kişi isə buna müdaxilə edərək həmin şəxsi döyüb.

Bu hadisə kameralara düşüb.

Qeyd edək ki, qadın bu barədə şikayətçi olmayıb.

oxu.az

Xəbər lenti