Xəzər Xəbər

2019-cu il Azərbaycanda iqtisadi və sosial baxımdan uğurlu olub VİDEO

Veb TV | 20:01 • 24 Dekabr 2019
2019-cu il Azərbaycanda iqtisadi və sosial baxımdan uğurlu olub

Bəzi məmurlar problemlərlə bağlı mənə məruzə etmir. Çünki bu onlara sərf etmir. Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində belə deyib. Dövlət başçısı əldə olunan sosial iqtisadi uğurlarla bərabər, bir sıra məmurların həbsi, habelə qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

2019-cu il Azərbaycanda iqtisadi və sosial baxımdan uğurlu olub. Jurnalistlərin suallarını cavablandıran prezident İlham Əliyev belə deyib. Fikrini makroiqtisadi göstəricilərlə əsaslandıran dövlət başçısı bildirib ki, il ərzində 2,6 faiz infilaysiya müqabilində Qeyri-neft ixracı 14 faiz artıb. İndi xarici borc ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. 2019-cu il uğurlu olmasını şərtləndirən amillərdən də biri də aparılan islahatların müsbət nəticələr verməsidir. Şəffaflıq sahəsində aparılan islahatlar nəticəsində vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürüblər. Bu vəsait isə sosial layihələrə yönəldilib.

Prezident İlham Əliyev ölkədə aparılan struktur və kadr islahatlarından da naışaraq bildirib ki, bu labüd bir prosesdir. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkədə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Beləcə Azərbaycanın yeni siması o cümlədən də iqtidarın yeni siması formalaşır. Son günlər bir sıra yüksək vəzifəli məmurun həbs edilməsi ilə bağlı sualı da cavablandıran dövlət başçısı bildirib ki, bu da həmin islahatların tərkib hissəsidir. Prezident bildirib ki, bu hadisələr digər məmurlara da dəsr olmalıdır.

Gələn il keçiriləcək parlament seçkiləri ilə də bağlı sualı da cavablandıran prezident bildirib ki aparılan genişmiqyaslı islahatlardan parlament kənarda qala bilməzdi. Əsas məqsəd vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmasıdır.

Prezident bildirib ki, Azərbaycandakı mövcud olan majoritar seçki sistemi deputatları öz dairlərinə bağlayır və onlar bunun seçiciləri ilə daha sıx işləməlidir. Dövlət başısı deyib ki, Azərbaycan xalqı bu seçkilərdə öz layiqli namizədlərini seçməklə eyni zamanda öz prıblemlərinin ən yükskə səviyyədə dilə gətirilməsi və həllinə şərait yaradacaqlar.

Xəbər lenti