Xəzər Xəbər

Astarada avtoxuliqanlıq edən şəxs saxlanıldı VİDEO

Veb TV | 19:18 • 24 Dekabr 2019
Astarada avtoxuliqanlıq edən şəxs saxlanıldı

Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb. Sürücü şəhərin mərkəzində yol hərəkəti qaydalarını pozaraq qəza törədib.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər sürücülərə ciddi təhlükə yaradıb.

Astarada qeydə alınan avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini olan Hikmət Hətəmli avtomobillə edib. Daha sonra isə idarəetməni itirib və avtomobili yolun kənarında dayanmış başqa maşına vurub.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan şəxsin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti