Xəzər Xəbər

Putin tarixi körpünün açılışını etdi VİDEO

Veb TV | 15:23 • 24 Dekabr 2019
Putin tarixi körpünün açılışını etdi

Rusiya ilə Krım arasında inşa edilən Avropanın ən uzun dəmir yolu körpüsünün açılışı olub.

Ria novosti agentliyi xəbər verir ki, açılış mərasimində prezident Vladimir Putin də iştirak edib. Kreml rəhbəri sükanı arxasında olduğu qatar ilə körpüdən keçərək, açılışı həyata keçirib.

Qeyd edək ki, Kerç boğazında inşa edilən körpünün uzunluğu 19 kilometrdir. Layihə 3,6 milyard dollara başa gəlib.

Əlavə edə ki, Rusiya Krımı 5 il əvvəl ilhaq edib.

publika.az

Xəbər lenti

Çox oxunanlar