Rayonlarda da bələdiyyə seçkilərində aktivlik müşahidə edilib. Səsvermə hüququ olan vətəndaşlar üçün məntəqlərdə hər cür şərait yaradılıb. Fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakını təmin etmək məqsədilə daşınan qutulardan istifadə edilib.
Gəncədə yerli özünü idarəetmə orqanlarına seçkilər seçici fəallığı ilə müşayiət olunub.
Şəhər üzrə qeydiyyatda olan 151.373 seçici 2 rayon və 1 qəsəbə bələdiyyəsinin formalaşdırılması üçün səs verib. Bu bələdiyyələr üçün seçilməli olan 43 üzv yerinə cəmi 145 nəfər namizədliyini verib. Bunlardan daha çox seçici səsi qazanan 19 nəfər Kəpəz Bələdiyyəsinə, 19 nəfər Nizami Bələdiyyəsinə, 5 nəfər isə Hacıkənd Bələdiyyəsinə üzv seçiləcək.
Səsvemə prosesi aparılan 111 məntəqədən 40-da veb kamera quraşdırılıb...
Sumqayıtda isə seçki dairələrinin tərkibində 134 məntəqə fəaliyyət göstərir. Seçicilərin ümumi sayı isə 163 429 nəfərdir.Seçkilər zamanı şəhər üzrə 19 yerə 75 nəfər, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə 15 yerə 31 nəfər, Corat qəsəbəsi üzrə 13 yerə 27 nəfər namizəd mübarizə aparıb. Bələdiyyə seçkilərini izləmək üçün yerli və beynəlxalq müşahidəçilər də akkreditasiyadan keçib.
Səhər saatlarından etibarən Mingəçevirdə də Məntəqələrə gələn şəhər sakinləri istədikləri namizədlərə səs veriblər.
Yerli müşahidəçilər seçkilərdə hər hansı problem müşahidə etmədiklərini bildiriblər.
Lənkəran rayonunda da səhər saatlarından başlayaraq bələdiyyə seçkiləri yüksək seçici fəallığı ilə müşahidə olunub. Vətəndaşlar 153 seçki məntəqəsində səs veriblər.
Fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakını təmin etmək məqsədilə daşınan qutulardan istifadə edilib.