Xəzər Xəbər

Bu şəxslər evlərində səs veriblər VİDEO

Veb TV | 20:08 • 23 Dekabr 2019
Bu şəxslər evlərində səs veriblər

Bakıda bəzi şəxslər evlərində səs veriblər. Səs vermək üçün məntəqələrə əvvəlcədən müraciət edənlərin ünvanlarına səyyar seçki qutuları daşınıb. Seçicilər rahat formada öz namizədlərinə səs veriblər.

Bəzi yaşlı və fiziki məhdudiyyətli insanlar səhhətləri ilə əlaqədar öz mənzillərindən çıxmadan namizədlərinə səs veriblər. Seçki məntəqələrinin əməkdaşları müşahidəçilərin iştirakı ilə səyyar seçki qutularını ərizə ilə müraciət edən insanların ünvanlarına aparıblar.

Öz mənzilindən çıxmadan səs vermək üçün müraciət edən şəxslərdən biri də 86 yaşlı Rəfiqə Qasımova olub. Nəsimi rayon 18 saylı seçki məntəqəsinin əməkdaşları səyyar qutunu ahıl nənənin ünvanına gətiriblər

Bildirildi ki, 18 saylı seçki məntəqəsinə yaşadığı ünvandan çıxmadan səs vermək istəyən 26 nəfər müraciət edib.

Malik Cəbiyev isə müharibə iştirakçısı olub. O, da müraciət edən şəxslərdən biridir. 8 saylı Binəqədi seçki dairəsi, 4 saylı seçki məntəqəsinin əməkdaşları onun yaşadığı ünvana gediblər.

Qeyd edək ki, 8 saylı Binəqədi seçki dairəsinə bu məqsədlə müraciət edən seçicilərin sayı ümumilikdə 13 olub.

Xəbər lenti