Xəzər Xəbər

Bələdiyyə seçkilərinə səsvermə başa çatdı VİDEO

Veb TV | 20:13 • 23 Dekabr 2019
Bələdiyyə seçkilərinə səsvermə başa çatdı

Bu gün səhər saat 8-də qapılarını seçicilərin üzünə açan seçki məntəqələri gün ərzində səsvermə üçün fasiləsiz vətəndaşların xidmətində olub. 11 saatlıq səsvermə zamanı bir çox məntəqələrdə aktivlik müşahidə olunub. Axşam saat 7-də isə seçki məntəqələrinin bağlanması ilə bələdiyyə seçkilərinə səsvermə başa çatıb.

23 dekabr bələdiyyə seçkiləri bu görüntülərlə start götürdü..

Eyni dəqiqələrdə seçkiyə hazırlığını tam başa çatdıran seçki məntəqələrində də seçki qutuları möhürləndi, müşahidəçilər və media nümayəndələrinin iştirakı ilə səsvermə açıq elan olundu.

Sonra səsverməyə gələn seçicilərin barmaqları cihazla yoxlanılaraq xüsusi boya vuruldu və onlara bülletenlər verildi.

Məntəqədə seçki prosesini canlı izləmək üçün quraşdırılan kameraların fasiləsiz işini təmin etmək üçün elektrik generatorları da hazır vəziyyətdə qoyulub.

Günorta saatlarına doğru məntəqələrdə seçici aktivliyi müşahidə olunub. Seçicilər maneəsiz şəkildə öz namizədlərinə səs veriblər.

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə səsvermədə iştirak edənlər də maneəsiz şəkildə seçki hüququndan istifadə ediblər.

Axşam saat 7-də isə seçki məntəqələrinin bağlanması ilə səsvermə prosesi başa çatıb.

Səslərin sayılmasından sonra ilkin nəticələri Mərkəzi Seçki Komissiyası ictimaiyyətə elan edəcək.

Xəbər lenti