Xəzər Xəbər

Başqa şəxslərin yerinə imtahana girənlər cəzalandırılacaq - VİDEO

Veb TV | 19:43 • 16 Dekabr 2019
Başqa şəxslərin yerinə imtahana girənlər cəzalandırılacaq -

Başqa şəxslərin yerinə imtahana girən abituriyentlər cəzalandırılacaq. Dövlət İmtahan Mərkəzi bununla bağlı məlumat yayıb.

Xezerxeber.az-ın məlumatına görə, bildirilir ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər. Özü də bu məsələdə xüsusi marağı olan şəbəkələr iş başındadır ki, bu da qaydaların ötən ilə nisbətən daha da sərtləşdirilməsinə şərait yaradır.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə qeyd edib ki, bu kimi faktlar aşkar olunduqda hətta həbs cəzası da verilə bilər.

Dövlət İmtahan Mərkəzi sözügedən faktların qarşısını almaq üçün üz tanıma sistemi də yaradıb.

Xatırladaq ki, ötən il qayda pozuntularına cəhd faktları Gəncə-Mingəçevir zonasında daha çox qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar