Xəzər Xəbər

Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında 45-ci olub - VİDEO

Veb TV | 20:15 • 16 Dekabr 2019
Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında 45-ci olub -

ABŞ-da nəşr olunan "U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini açıqlayıb. 


Xezerxeber.az-ın məlumatına görə, siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.


Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib ki, bu yüksək reytinqin Amerikanın peşəkar analitiklərinin qəti rəyi əsasında hazırlanması onun mötəbərliyini daha da artıran faktordur. Siyahını tərtib edən analitiklər elə meyarlara söykəniblər ki, bugünkü Azərbaycan dövlətinin əldə etdiyi nəticələrə adekvatdır və dövlətimizin güc göstəricilərini əks etdirir. 

Qeyd edək ki, ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar